Vergi xərclərinizə “Plus” ilə qənaət edin!
İşçilərinizə gündəlik yemək limiti təyin edin. Siz vergiyə qənaət edin, işçiniz isə istədiyi yerdə yesin.
Biz sizə necə kömək edirik?
Plus — işçilərinizin naharını təşkil edən rəqəmsal platformadır. İşçilərinizin nahar məsələsini həll etməyin asan yolu var: Plus. Siz gündəlik limiti təyin edirsiniz, limit işçilərinizin Plus hesabına yüklənir. Onlar da bu limitdən üzv restoran, kafe, fast-food və marketlərdə QR kodla istifadə edir. Kağız çek yığmağa ehtiyac yoxdur. Onlarla müqavilə imzalamağa da. Hamısı tətbiqin içindədir. Üstəlik qanuna görə işçilərin yemək xərci müəyyən həddə qədər vergidən azaddır. Plus ilə bu güzəştdən rahat və qanuni şəkildə yararlanırsınız.
Daha çoxunu öyrən
Niyə məhz PLUS?
Geniş restoran və market şəbəkəsi
Geniş restoran və market şəbəkəsi İşçiniz hər gün eyni yeməyi yemək məcburiyyətində deyil.
İlk və tək dijital yemək kartı
Hər şey telefonda Ayrıca avadanlıq, plastik, sənəd yoxdur. İşçi tətbiqi yükləyir və istifadəyə başlayır.
Vergi üstünlükləri
Yemək xərci müəyyən həddə qədər vergidən azaddır. Bir qərardan həm şirkət, həm işçi qazanır.
Qənaəti hesablayın
5 ₼-dən yuxarı məbləğlərə Nazirlər Kabinetinin qərarına əsasən fərqli vergi qaydası tətbiq oluna bilər.
İşçilərin 1 illik qazancı (maaşdan tutulmalara getməyən məbləğ)
Proses necə işləyir?
- 1
Limiti müəyyənləşdirin
Şirkət işçiləri üçün nəzərdə tutulan gündəlik yemək limitini müəyyən edir və ay ərzində olan iş günlərinin sayını seçirsiniz.
- 2
İşçi siyahısını bizimlə paylaşın
İşçilərin siyahısını bizə göndərirsiniz və müəyyən etdiyiniz gündəlik yemək limiti sistem tərəfindən avtomatik olaraq siyahıda olan bütün əməkdaşlara bərabər şəkildə paylanır.
- 3
QR kod ilə sürətli və asan ödəniş edin
İşçiniz xəritə üzərindən ona uyğun məkanı seçir, QR kodu oxudaraq rahat şəkildə ödənişi tamamlayır. Siz həyata keçirilən əməliyyatları idarəetmə paneli üzərindən izləyə və nəzarətdə saxlaya bilərsiniz.
Bizimlə çalışan restoranlar


































































Tez-tez verilən suallar

Plus işçilərinizin naharını təşkil edən rəqəmsal platformadır. Şirkət işçiyə gündəlik yemək limiti təyin edir, işçi də bu limitdən üzv restoran və marketlərdə telefonu ilə istifadə edir.
Xeyr. İşçi üçün telefon kifayətdir — tətbiqi yükləyir və QR kodu oxudur.
Xeyr. Limit yalnız üzv məkanlarda yemək üçün nəzərdə tutulub.
Qanuna görə işçilərin gündəlik yemək xərci müəyyən həddə qədər vergidən azaddır. Şərt — xərcin nağdsız qaydada sənədləşdirilməsidir. Plus-da bütün əməliyyatlar rəqəmsaldır.
Girişini dərhal dayandırırsınız. İstifadə olunmamış limit müqaviləyə uyğun tənzimlənir.
Müqaviləni imzalayırsınız, işçi siyahısını göndərirsiniz, işçilər tətbiqə daxil olur. Xüsusi proqram quraşdırmağa ehtiyac yoxdur.


